Cəlal Hüseynov Bolqarıstanda yenə fərqləndi - VİDEO

17 May 2026 10:59
171
Cəlal Hüseynov Bolqarıstanda yenə fərqləndi - VİDEO

Azərbaycan futbol millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti dəfə fərqlənib.

İdman.Biz xəbər verir ki, onun çıxış etdiyi Bolqarıstanın “Arda” futbol klubu Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparır və 35-ci turda “Lokomotiv Plovdiv”i 4:0 hesabı ilə məğlub edib.

Cəlal Hüseynov görüşə start heyətində başlayıb və matçı əvəzlənmədən keçirib. O, ikinci hissənin əvvəlində komandasının dördüncü qolunu vurub.

Qeyd edək ki, Hüseynov ardıcıl ikinci matçda qol sevinci yaşayıb. O, əvvəlki turda “Botev Plovdiv”lə görüşdə də dubl edərək “Arda”nın 2:1 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub.

Beləliklə, Cəlal Hüseynovun cari mövsüm Bolqarıstan çempionatında qollarının sayı üçə çatıb. “Arda” isə bu qələbədən sonra 51 xalla ümumi turnir cədvəlində yeddinci, Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan qrupda isə üçüncü pillədə qərarlaşıb.

İdman.Biz