Azərbaycan Premyer Liqası: “Zirə” “Sumqayıt” ilə üz-üzə

17 May 2026 09:21
127
Azərbaycan Premyer Liqası: “Zirə” “Sumqayıt” ilə üz-üzə

Misli Premyer Liqasının 32-ci turunun son oyun günündə iki qarşılaşma nəzərdə tutulub.

İdman.Biz xəbər verir ki, saat 18:00-da start götürəcək oyunlardan biri “Zirə” və “Sumqayıt” arasında baş tutacaq. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.

“Zirə” 50 xalla turnir cədvəlinin beşinci pilləsində yer alıb. 41 xala malik “Sumqayıt” isə yeddincidir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 32-ci tur
17 may (bazar)
18:00. “Zirə” - “Sumqayıt”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zirə İdman Kompleksinin stadionu

İdman.Biz
Məqalədə: