“Benfika” çempionatda mövsümü məğlubiyyətsiz başa vuran yeganə Avropa klubudur

17 May 2026 09:08
150
“Benfika” çempionatda mövsümü məğlubiyyətsiz başa vuran yeganə Avropa klubudur

Baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında “Benfika” Portuqaliya liqasında mövsümü məğlubiyyətsiz başa vurub.

İdman.Biz bildirir ki, son oyunda Lissabon klubu “Eştoril”i 3:1 hesabı ilə məğlub edib.

“Benfika” 34 liqa matçında 23 qələbə qazanıb və 11 heç-heçə edib. Avropada başqa heç bir klub 2025/26 mövsümünü daxili oyunlarda məğlubiyyətsiz başa vura bilməyib. “Benfika” yekun turnir cədvəlində 80 xalla üçüncü yeri tutub - çempion “Porto”dan (88) səkkiz xal geri qalıb.

İdman.Biz