Bu gün futbol üzrə Misli Premyer Liqasının sonuncu - 33-cü turuna bir oyunla start verilir. Qarşılaşma Qəbələ şəhər stadionu baş tutacaq.
İdman.Biz xəbər verir ki, “Qəbələ” “Şamaxı”nı qəbul edəcək.
Oyun saat 18:30-da başlayacaq. Ev sahibi komanda 24 xalla turnir cədvəlinin 11-ci, qonaqlar isə 38 xalla səkkizinci pilləsindədir.
Misli Premyer Liqası
33-cü tur
21 may
18:30 "Qəbələ" - "Şamaxı"
Qəbələ şəhər stadionu
Tura mayın 24-də “İmişli” - “Karvan-Yevlax” oyunu ilə yekun vurulacaq.
