Con Cons boksa keçməyi düşündüyünü etiraf edib

19 May 2026 02:11
321
Con Cons boksa keçməyi düşündüyünü etiraf edib

Keçmiş yarımyüngül (93 kq) və ağır (120 kq) çəki çempionu, 38 yaşlı amerikalı Con Cons Fransis Nqannu ilə potensial döyüş barədə şərh verib.

İdman.Biz-in məlumatına görə, o, boksa keçməyi ciddi şəkildə düşündüyünü etiraf edib.

“Mən həqiqətən boksla məşğul olmaq istəyirdim. Bütün enerjimi yalnız əl işlərinə, kombinasiyalara və yumruq gücünə sərf etsəydim, çox insanı həqiqətən təəccübləndirərdim. Boksla məşğul olmağı çox istərdim. Əyləncəli olardı”, - Cons bildirib.

İdman.Biz
Məqalədə: