“Bavariya” yay transfer pəncərəsində müdafiəsini gücləndirməyi düşünür.
İdman.Biz-in “Daily Mail”ə istinadən verdiyi məlumata görə, alman klubu “Mançester Siti”nin müdafiəçisi Con Stounzu transfer etməkdə maraqlıdır.
Mənbənin məlumatına görə, ingilis oyunçu “Mançester Siti” ilə müqaviləsi iyunun sonuna qədər başa çatdığı üçün “Bavariya”ya pulsuz transferlə qoşula bilər.
Qeyd edək ki, Stounz daha əvvəl “Bavariya”nın hazırkı baş məşqçisi Vensan Kompani ilə birlikdə ingilis klubunun mərkəz müdafiəsində oynayıb.
İndi ingilis müdafiəçi yenidən belçikalı ilə Münhen klubunda işləyə bilər.
Con Stounzun 28 mayda 32 yaşı olacaq.
