Neymar DÇ-2026 ərəfəsində zədələndi

21 May 2026 09:25
159
Neymar DÇ-2026 ərəfəsində zədələndi

Braziliya millisinin və “Santos” klubunun hücumçusu Neymar DÇ-2026 öncəsi növbəti dəfə sağlamlıq problemi ilə üzləşib. Futbolçunun sağ baldır əzələsində şiş aşkarlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Ge Globo” məlumat yayıb.

Mənbənin məlumatına görə, zədə ciddi hesab olunmur. Lakin oyunçunun müəyyən müalicə kursu keçməsi və bir müddət yüklənmələri azaltması lazım olacaq.

Hazırda 34 yaşlı hücumçu şəxsi tibbi heyətin nəzarəti altında “Santos”un məşq mərkəzində bərpa prosesi keçir. Bundan əlavə, Neymarın durumu Braziliya Futbol Konfederasiyasının mütəxəssisləri tərəfindən də izlənilir.

Gözlənilir ki, hücumçu mayın 27-dək tam məşqlərə qayıdacaq və dünya çempionatının startı ərəfəsində Braziliya millisinin düşərgəsinə qoşulacaq.

İdman.Biz
Məqalədə: