Şotlandiya Futbol Assosiasiyası bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı üçün milli komandanın heyətini rəsmi saytında dərc edib.
İdman.Biz bildirir ki, Şotlandiya dünya çempionatının C qrupunda Braziliya, Mərakeş və Haiti ilə qarşılaşacaq.
Qapıçılar: Kreyq Qordon (Harts), Anqus Qann (Nottingem Forest), Liam Kelli (Reyncers).
Müdafiəçilər: Qrant Henli (Hibernian), Cek Hendri (Əl-İttifaq), Aaron Hiki (Brentford), Dominik Hayam (Reksem), Skott Makkenna (Dinamo Zaqreb), Natan Patterson (Everton), Entoni Ralston (Seltik), Endryu Robertson (Liverpul), Con Suttar (Reyncers), Kiran Tirni (Seltik).
Yarımmüdafiəçilər: Rayan Kristi (Bornmut), Findli Kertis (Kilmarnok), Lyuis Ferqyuson (Bolonya), Ben Douk (Bornmut), Billi Gilmor (Napoli), Con Makginn (Aston Villa), Kenni Maklin (Norviç Siti), Skott Maktominey (Napoli).
Hücumçular: Çe Adams (Torino), Lindon Dayks (Çarlton Atletik), Corc Hirst (İpsviç Taun), Lorens Şanklend (Harts), Ross Stüart (Sauthempton).
