Türkiyə Futbol Federasiyası (TFF) 2026-cı il dünya çempionatı üçün milli komandanın geniş heyətini açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb.
İlkin siyahıda 35 nəfər futbolçunun adı yer alıb.
Qapıçılar: Altay Bayındır, Ersin Destanoğlu, Mert Günok, Muhammed Şengezer, Uğurcan Çakır.
Müdafiəçilər: Abdülkərim Bardakcı, Ahmetcan Kaplan, Çağlar Söyüncü, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Mustafa Eskihellaç, Ozan Kabak, Samet Akaydın, Yusuf Akçiçek, Zeki Çelik.
Yarımmüdafiəçilər: Atakan Karazor, Demir Ege Tıknaz, Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan, Aral Şimşir, Arda Güler, Barış Alper Yılmaz.
Hücumçular: Can Uzun, Deniz Gül, İrfan Can Kahveci, Kenan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün, Yusuf Sarı.
Qeyd edək ki, Türkiyə yığması dünya çempionatında yer aldığı D qrupunda ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə üz-üzə gələcək.
