Fransadan Dünya Çempionatı üçün film kimi təqdimat - VİDEO

15 May 2026 16:18
162
Fransadan Dünya Çempionatı üçün film kimi təqdimat - VİDEO

Fransa millisi 2026-cı il Dünya Çempionatı üçün heyət təqdimatında fərqli üsula əl atıb.

İdman.Biz xəbər verir ki, fransızlar klassik poster və sadə şəkil əvəzinə yığmanın heyətini qısametrajlı film ab-havasında təqdim ediblər. Sosial şəbəkələrdə yayılan video azarkeşlər tərəfindən maraqla qarşılanıb.

Fransa millisinin baş məşqçisi Didye Deşam 26 futbolçudan ibarət yekun heyəti 14 mayda “TF1” telekanalının saat 20:00 buraxılışında açıqlayıb. Siyahıda Kilian Mbappe, Usman Dembele, Mayk Menyan, Nqolo Kante və Jül Kunde kimi ulduzlar yer alıb.

Fransa 2026-cı il Dünya Çempionatında İraq, Norveç və Seneqalla eyni qrupda mübarizə aparacaq.

İdman.Biz