Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatı üçün 26 futbolçudan ibarət yekun siyahını açıqlayıb.
İdman.Biz bildirir ki, Fransa millisi turnirin favoritlərindən biri hesab olunur. “Üçrənglilər” 2018-ci ildə dünya çempionu olublar və DÇ-2022-nin finalına yüksələrək orada Argentinaya məğlub olublar.
Heyətdə ən böyük sürpriz yekun siyahısına daxil edilməyən “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqanın yoxluğudur. Hücumçu Randal Kolo Muani və qapıçı Lukas Şevalye də kənarda qalıblar.
Fransa millisinin DÇ-2026 üçün tam heyəti belədir:
Qapıçılar: Mik Menyan, Bris Samba, Robin Risser;
Müdafiəçilər: Jül Kunde, Uilyam Saliba, Dayo Upamekano, Malo Güsto, Ibrahima Konate, Teo Ernandes, Lukas Ernandes, Maksens Lakrua;
Yarımmüdafiəçilər: Orelyen Tçuameni, Adrien Rabio, Manu Kone, Uorren Zair-Emeri, N'Qolo Kante;
Hücumçular: Kilian Mbappe, Usman Dembele, Dezire Due, Maykl Olise, Rayan Çerki, Maqnes Akliuş, Markus Türam, Bredli Barkola, Jan-Filip Mateta.
Fransa I qrupunda Seneqal, İraq və Norveçlə mübarizə aparacaq.
Komanda dünya çempionatına hazırlıqlara 28 mayda başlayacaq. Turnirdən əvvəl fransızlar iki yoldaşlıq oyunu keçirəcək - Kot-d'İvuar və Şimali İrlandiya ilə. Onların dünya çempionatında debütü iyunun 16-da Seneqala qarşı olacaq.
