Madonna, Şakira və BTS Dünya Çempionatı finalına çıxır

14 May 2026 12:28
113
Madonna, Şakira və BTS Dünya Çempionatı finalına çıxır

Futbol üzrə 2026-cı il Dünya Çempionatının finalında Madonna, Şakira və BTS səhnəyə çıxacaq.

İdman.Biz xəbər verir ki, tarixi şou 19 iyulda Nyu-Cersidəki “MetLife Stadium”da keçiriləcək final matçının fasiləsində baş tutacaq.

FIFA Dünya Çempionatı tarixində ilk dəfə həlledici qarşılaşmanın fasiləsində “Super Bowl” üslubunda musiqili proqram təqdim olunacaq.

Məlumata görə, Madonna, Şakira və BTS-in iştirakı ilə hazırlanacaq nömrələrin ümumi müddəti cəmi 11 dəqiqə olacaq. Şouya “Coldplay” qrupunun solisti Kris Martin kuratorluq edəcək.

Tədbirin “FIFA Global Citizen Education Fund” layihəsinə dəstək məqsədi daşıdığı bildirilir. Fond uşaqlar üçün keyfiyyətli təhsilə və futbola çıxışı genişləndirmək üçün 100 milyon ABŞ dolları (170 milyon AZN) toplamağı hədəfləyir.

İdman.Biz