Slot “Liverpul”dan ayrılmır: Özü açıqladı

14 May 2026 13:12
115
Slot “Liverpul”dan ayrılmır: Özü açıqladı

İngiltərənin “Liverpul” futbol klubunun baş məşqçisi Arne Slot gələn mövsüm də komandanın sükanı arxasında qalacaq.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb. Onun sözlərinə görə, “Liverpul” rəhbərliyi yayda Slotun gələcəyi ilə bağlı xüsusi qiymətləndirmə aparmağı planlaşdırmır və klub niderlandlı mütəxəssisə etimad göstərir.

Bu arada Slot özü də açıqlamasında klubun yay planlarında birbaşa iştirak etdiyini deyib. O, yeni mövsüm üçün hazırlığın artıq başladığını və transfer danışıqlarının davam etdiyini vurğulayıb.

Slot gələcəyi ilə bağlı suala belə cavab verib:

“Gələn mövsüm “Liverpul”un baş məşqçisi olacağıma inanmaq üçün bütün əsaslarım var. Növbəti mövsüm üçün planlar hazırlanıb. Klubla yeni futbolçular arasında danışıqlar davam edir və mən bu prosesdə iştirak edirəm”.

Slot 2024-cü ildən “Liverpul”u çalışdırır. Onun rəhbərliyi altında komanda ilk mövsümündə İngiltərə çempionu olub.

İdman.Biz