Nəriman Axundzadə “Kolambus Kryu”nun ardıcıl üçüncü məğlubiyyətdən xilasına kömək edə bilməyib

14 May 2026 13:57
156
Nəriman Axundzadə “Kolambus Kryu”nun ardıcıl üçüncü məğlubiyyətdən xilasına kömək edə bilməyib

Azərbaycan milli futbol komandasının hücumçusu Nəriman Axundzadə MLS-in növbəti turunda klubunun məğlubiyyətdən xilasına kömək edə bilməyib.

İdman.Biz xəbər verir ki, 13-cü tur çərçivəsində Axundzadənin komandası səfərdə “Nyu-York Red Bullz”la qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Azərbaycanlı futbolçu 85-ci dəqiqədə meydana daxil olub. Həmin vaxt matçın yekun hesabı artıq müəyyənləşmişdi və o, komandasına məğlubiyyətdən yayınmaqda kömək edə bilməyib.

Qeyd edək ki, bu, “Kolambus Kryu” üçün ardıcıl üçüncü məğlubiyyətdir. Bu oyunların hər birində Axundzadə qarşılaşmanın sonlarında meydana çıxıb, lakin görüşün nəticəsinə təsir göstərə bilməyib. Ümumilikdə, Nərimanın MLS-də aktivində qol və məhsuldar ötürmə olmadan altı oyun var.

13 turdan sonra “Kolambus Kryu”nun aktivində 12 xal var və komanda MLS-in Şərq Konfransında 13-cü yeri tutur.

İdman.Biz