Azərbaycan Kubokunun qalibi adını qazanan “Sabah” ötən mövsümdə əldə etdiyi titulu qoruyub.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, Bakı klubu son doqquz mövsümdə ilk komanda olub ki, ardıcıl iki dəfə kuboku başı üzərinə qaldırıb.
Sonuncu dəfə buna “Qarabağ” nail olub. Ağdam klubu həmin vaxt ardıcıl 2 dəfə titulunu qoruyaraq üç mövsüm (2014/2015, 2015/2016, 2016/2017) kubok qazanıb.
Daha üç komanda ardıcıl iki dəfə turnirin qalibi adına sahib çıxıb. İki dəfə buna nail olan “Neftçi” öncə 1994/1995, 1995/1996, ardınca 2012/2013, 2013/2014-ci illər mövsümlərində bunu bacarıb. Kəpəz” (1996/1997, 1997/1998) və “Xəzər Lənkəran” (2006/2007, 2007/2008) da eyni nailiyyəti gerçəkləşdirib.
