“Sabah” futbolçusu Timoteuş Puxaçın transferi barədə Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqları uğurla yekunlaşdırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, “bayquşlar” 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Timoteuş Puxaç ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu mövsüm Bakı klubunun heyətində bütün turnirlərdə 33 oyunda 2 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
