“Bizim üçün çox vacib oyun idi”.
Bu sözləri “Sabah”ın qapıçısı Stas Pokatilov deyib.
Qolkiper “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Bizon Azərbaycan Kubokunun final matçı haqqında danışıb.
“Qarşılaşmadan əvvəl də kubokun son sahibi biz idik. Əlimizdə olan titul uğrunda mübarizə aparırdıq. Onu saxlamaq, evə gətirmək istəyirdik. Mənim buraxdığım qolda xoşagəlməz vəziyyət yarandı. Düşünürəm ki, sanki bir az yuxuya getdik. Hadisələrin belə inkişaf edəcəyini, ilk dəqiqələrdən “Zirə”dən belə bir enerji axını gözləmirdik. Buna görə də məyusedici bir qol buraxdıq”, - deyə o, sport24.az-a açıqlamasında bildirib.
Qazaxıstanlı qolkiper “Sabah”dakı taleyi ilə bağlı da danışıb:
“Sabah”da qalmaq istəyirəm. Bakı şəhəri də xoşuma gəlir. Komanda ilə UEFA Çempionlar Liqasında oynamaq istəyirəm. Bir sözlə, qalmaq niyyətindəyəm. Amma hələlik rəhbərliklə şərtlər barədə tam razılığa gələ bilməmişik”.
