Messi “İnter Mayami”ni xilas etdi: 5:3-lük triller - VİDEO

14 May 2026 09:35
174
Messi “İnter Mayami”ni xilas etdi: 5:3-lük triller - VİDEO

ABŞ MLS liqasında “İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messi “Sinsinnati”yə qarşı səfər oyununda komandasının qələbəsində əsas rol oynayıb.

İdman.Biz xəbər verir ki, komanda rəqibini 5:3 hesabı ilə məğlub edib. Florida təmsilçisi görüşün gedişində 2:3 geridə olsa da, son hissədə ardıcıl qollarla dönüş etməyi bacarıb.

Messi 24-cü və 55-ci dəqiqələrdə fərqlənərək dubl edib. 89-cu dəqiqədə argentinalı futbolçunun daha bir qol vurduğu düşünülsə də, sonradan həmin epizod “Sinsinnati”nin qapıçısı Roman Çelentanonun avtoqolu kimi qeydə alınıb.

Bu qollarla Messi cari müntəzəm mövsümdə qollarının sayını 11-ə, karyerası ərzində vurduğu qolların sayını isə 909-a çatdırıb.

İdman.Biz