Florentino Peres Lamin Yamalla bağlı suala maraqlı cavab verib

14 May 2026 10:02
156
Florentino Peres Lamin Yamalla bağlı suala maraqlı cavab verib

İspaniyanın “Real Madrid” futbol klubunun prezidenti Florentino Peres “Barselona” futbol komandasının vingeri Lamin Yamal barədə danışıb.

İdman.Biz xəbər verir ki, klub rəhbəri “El Chiringuito”ya müsahibəsində gənc futbolçunu bəyəndiyini gizlətməyib.

O, Yamalla bağlı suala belə cavab verib:

“Lamin Yamal xoşuma gəlirmi? Bəli, əlbəttə, xoşuma gəlir... Onu transfer etmək? (gülür). “Barselona” ilə münasibətlərimiz tamamilə dağılıb”.

Qeyd edək ki, Peresin bu sözləri “Real Madrid”lə “Barselona” arasında münasibətlərin daha da gərginləşdiyi dönəmə təsadüf edib. Madrid klubunun rəhbəri daha əvvəl də Kataloniya təmsilçisi ilə əlaqələrin tamamilə bitdiyini və “Neqreyra işi”nə görə “Barselona” ilə heç bir bağ istəmədiyini bildirib.

“Real”ın prezidenti həmçinin komandasının uğursuz mövsümünü şərh edib. 2025/26 mövsümündə bir dənə də olsun kubok qazana bilməyən klubun rəhbəri problemin ötən il keçirilən FIFA Klublararası Dünya Kubokundan qaynaqlandığını vurğulayıb:

“Mövsümöncəsi oyunlara yaxşı hazırlaşmadıq. Hər üç gündən bir oynayırdıq. Çoxlu zədələrimiz var idi”.

İdman.Biz