Manuel Noyer Almaniya millisinin ilkin heyətinə daxil edilib

14 May 2026 23:34
97
Manuel Noyer Almaniya millisinin ilkin heyətinə daxil edilib

“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya millisinin 2026-cı il dünya çempionatı üçün ilkin heyətinə daxil edilib.

İdman.Biz bildirir ki, bu barədə jurnalist və insayder Florian Plettenberq X sosial media saytında məlumat verib.

Mənbənin məlumatına görə, Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann 40 yaşlı “Bavariya”nın oyunçusunu 55 oyunçudan ibarət genişləndirilmiş siyahıya daxil edib. Noyer Nagelsmannın son seçimini edəcəyi beş qapıçıdan biridir.

2024-cü ilin avqust ayında Manuel Noyer milli komandada beynəlxalq karyerasını bitirdiyini elan edib. 2026-cı il dünya çempionatında Almaniya E qrupunda Kyurasao, Fil Dişi Sahili və Ekvadorla oynayacaq.

İdman.Biz