Çin DÇ-2026-nın yayım hüquqlarını FIFA-nın tələb etdiyindən beş dəfə ucuz aldı

16 May 2026 13:31
161
Çin DÇ-2026-nın yayım hüquqlarını FIFA-nın tələb etdiyindən beş dəfə ucuz aldı

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎(FIFA) futbol üzrə 2026-cı il dünya çempionatının yayım hüquqları ilə bağlı Çində gözlədiyindən xeyli aşağı məbləğə razılaşıb.

İdman.Biz xəbər verir ki, FIFA ilkin olaraq yayım hüquqları üçün 300 milyon dollar tələb edib. Lakin çinli tərəf uzun müddət danışıqları davam etdirərək qiymətin aşağı salınmasına nail olub.

Nəticədə tərəflər mundialın startına 27 gün qalmış 60 milyon dollar məbləğində razılıq əldə ediblər.

Beləliklə, Çin DÇ-2026-nın yayım hüquqlarını FIFA-nın ilkin tələb etdiyi məbləğdən beş dəfə ucuz əldə edib.

İdman.Biz
Məqalədə: