Misir Futbol Assosiasiyası DÇ-2026 milli komandasının yekun heyətini açıqlayıb.
İdman.Biz-in məlumatına görə, baş məşqçi Hüssam Həsən heyətə 27 oyunçu daxil edib.
Misir milli komandasının heyətində komanda lideri və “Liverpul”un hücumçusu Məhəmməd Salah da yer alıb.
Qapıçılar: Məhəmməd Əl-Şennavi, Mustafa Şübeyr, Əl-Mehdi Süleyman, Məhəmməd Əlaa.
Müdafiəçilər: Məhəmməd Hani, Tarek Əlaa, Həmdi Fəthi, Rami Rabia, Yasser İbrahim, Hossam Əbdülməcid, Məhəmməd Əbdül Monem, Kərim Hafez, Əhməd Fəttuh.
Yarımmüdafiəçilər: Mərvan Attiyah, Mohannad Laçin, Nabil Emad Dunqa, Mahmud Saber, Əhməd Səid, Emam Aşur, Mahmud Trezeqe, İbrahim Adel, Mustafa Ziko, Məhəmməd Salah, Heytəm Həsən.
Hücumçular: Ömər Marmuş, Aktay Abdallah, Həmzə Əbdülkərim.
DÇ-2026 bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək.
