Luis Enrike: “Bizi Çempionlar Liqasının möhtəşəm finalı gözləyir”

21 May 2026 07:11
293
Luis Enrike: “Bizi Çempionlar Liqasının möhtəşəm finalı gözləyir”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının finalından əvvəl “Arsenal” və London klubunun məşqçisi Mikel Arteta haqqında fikirlərini bölüşüb.

İdman.Biz-in Football.London-a istinadən verdiyi məlumata görə, ispan məşqçi 22 ildən sonra ilk dəfə Premyer Liqa titulunu qazanan İngiltərə komandasının oyununu yüksək qiymətləndirib.

“Onlar çempionluğu qazanmağa layiq idilər. “Arsenal” əla mövsüm keçirdi. Biz bu komanda ilə əvvəllər də oynamışıq və onların nəyə qadir olduğunu bilirik”, - Enrike deyib.

PSJ-nin məşqçisi həmçinin londonluların güclü tərəflərini də qeyd edib.

“Top olmadan onlar dünyanın ən yaxşı komandasıdır və topla çox qol vura bilərlər. Bu, əla kombinasiyadır”, - ispaniyalı vurğulayıb.

Enrikenin sözlərinə görə, PSJ və “Arsenal”ın Çempionlar Liqasının finalına yüksəlməsi məntiqlidir.

“Finalda qarşılaşmağımız məntiqlidir. Həqiqətən də əla matç gözləyirik”, - deyə o bildirib.

Mütəxəssis Mikel Artetanın oyununu xüsusi qeyd edib.

Enrike əlavə edib ki, “Arsenal”ın statistikasına baxanda Arteta əsl liderdir. O, komandaya qalibiyyət mentaliteti aşılayıb".

PSJ və “Arsenal” arasında Çempionlar Liqasının finalı 30 mayda Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

İdman.Biz