Unai Emeri tarixdə üç fərqli komanda ilə böyük Avropa kubokunu qazanan ilk məşqçi olub.
İdman.Biz bildirir ki, Emerinin rəhbərlik etdiyi “Aston Villa”, 2025/26 mövsümünün finalında “Frayburq” komandasını 3:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə UEFA Kuboku/Avropa Liqasının qalibi olub.
Emeri “Sevilya” ilə ardıcıl üç dəfə - 2014, 2015 və 2016-cı illərdə Avropa Liqasının qalibi olub. Emeri həmçinin 2021-ci ildə “Vilyarreal”la Avropa Liqasının titulunu qazanıb.
2025/2026 mövsümünün final oyunu Türkiyənin İstanbul şəhərindəki “Tüpraş” stadionunda keçirilib.
