“Aston Villa”, 2025/26 Avropa Liqasının finalında “Frayburq” komandasını 3:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi olub.
İdman.Biz bildirir ki, oyun Türkiyənin İstanbul şəhərindəki “Tüpraş” stadionunda baş tutub. Hakim vəzifəsini fransalı Fransua Leteksye yerinə yetirib.
1982-ci ildə “Aston Villa” Avropa Çempionları Kubokunu (indiki Çempionlar Liqası) və həmin il UEFA Superkubokunu qazanıb. Komanda həmçinin 2001 və 2008-ci illərdə İntertoto Kubokunu qazanıb.
