“Aston Villa” UEFA Kuboku/Avropa Liqasını qazanan altıncı ingilis klubudur

21 May 2026 01:25
105
“Aston Villa” UEFA Kuboku/Avropa Liqasını qazanan altıncı ingilis klubudur

“Aston Villa” UEFA Kubokunu və Avropa Liqasını qazanan altıncı ingilis klubu olub.

İdman.Biz bildirir ki, bu, ingilis komandasının 2025/2026 mövsümünün final matçında “Frayburq” üzərində 3:0 hesablı qələbəsindən sonra baş verib. Oyun İstanbuldakı “Tüpraş” stadionunda baş tutub. Hakim vəzifəsini Fransua Leteksye (Fransa) yerinə yetirib.

Daha əvvəl “Tottenhem” və “Liverpul” turnirdə üç dəfə, “Çelsi” iki dəfə, “Mançester Yunayted” və “İpsviç Taun” isə hər biri bir dəfə qalib gəliblər.

Keçən mövsüm “Tottenhem” finalda “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

İdman.Biz