Unai Emeri baş məşqçi kimi rekordunu yeniləyib

21 May 2026 01:15
116
Unai Emeri baş məşqçi kimi rekordunu yeniləyib

“Aston Villa”nın çalışdırıcısı Unai Emeri beşinci dəfə Avropa Liqasının qalibi olub. Bu, İngiltərə komandasının 2025/2026 mövsümü turnirinin final matçında “Frayburq” üzərində qələbəsindən (3:0) sonra baş verib.

İdman.Biz bildirir ki, o, bu yarışda ən çox qələbə qazanan məşqçidir: daha əvvəl üç dəfə “Sevilya” (2014, 2015, 2016), bir dəfə “Vilyarreal”la (2021) qalib olub.

Emeri həmçinin 2019-cu ildə “Arsenal”ı turnirin finalına çıxarıb, lakin orada onun komandası “Çelsi”yə məğlub olub – 1:4. Həmin oyun Bakı Olimpiya Stadionunda keçirilib.

Emeri avrokubokları qazanmaq üzrə Karlo Ançelotti, Joze Mourinyo və Covanni Trapattoniyə çatıb.

İdman.Biz