Şahzadə Uilyam “Aston Villa”nın qoluna emosional reaksiya verdi - YENİLƏNİB + VİDEO

21 May 2026 01:38
723
Şahzadə Uilyam “Aston Villa”nın qoluna emosional reaksiya verdi

Şahzadə Uilyam “Aston Villa”nın “Frayburq”la qarşılaşdığı Avropa Liqasının finalı üçün İstanbula gəlib.

İdman.Biz-in “Daily Mail”ə istinadən məlumatına görə, Britaniya taxt-tacının varisi turnirin həlledici oyununda sevimli komandasını dəstəkləmək üçün gəlib.

Matçdan əvvəl Uels şahzadəsi komandanı ruhlandırmaq üçün soyunma otağına baş çəkib. Oyun zamanı isə şahzadənin azarkeşlik etdiyi komandanın vurduğu qollara sevinməsi kadrlara düşüb.

Daha əvvəl, 2015-ci ildə şahzadə “Aston Villa”nı seçməsini izah etmişdi. Bütün dostları “Mançester Yunayted” və ya “Çelsi” komandalarını dəstəkləyirdi və o, fərqlənmək istəyirdi. O, “Aston Villa”nı seçdi, çünki klub orta səviyyədə idi və müxtəlif emosiyalar bəxş edirdi.

Şahzadə Uilyam təkcə “Aston Villa” azarkeşi deyil, həm də 2005-ci ildən bəri İngiltərə Futbol Assosiasiyasının prezidentidir. 2025/2026 Avropa Liqası mövsümünün final oyunu İstanbuldakı “Tüpraş” stadionunda keçirilir.

İdman.Biz