Karvahal Arbeloanı vida yeməyinə dəvət etməyib

20 May 2026 23:06
83
Karvahal Arbeloanı vida yeməyinə dəvət etməyib

“Real Madrid”in müdafiəçisi Dani Karvahal baş məşqçi Alvaro Arbeloanı vida yeməyinə dəvət etməyib.

İdman.Biz-in “The Athletic”ə istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl Karvahalın mövsümün sonunda Madrid klubundan ayrılacağı açıqlanmışdı.

Mənbənin məlumatına görə, “Los Blancos”un kapitanı çərşənbə günü komandanın oyunçuları və bəzi klub işçiləri dəvət olunmuş vida şam yeməyi təşkil edib.

Lakin Arbeloa dəvət siyahısına daxil edilməyib.

Xatırladaq ki, Dani Karvahal demək olar ki, bütün karyerasını “Real Madrid”də keçirib, yeganə istisna müdafiəçinin Almaniyanın “Bayer Leverkuzen” klubunda oynadığı 2012/2013 mövsümü olub.

Madrid klubu cari mövsümün son oyununu 23 mayda “Atletik Bilbao”ya qarşı keçirəcək.

Joze Mourinyonun “Real Madrid”in yeni baş məşqçisi təyin olunacağı gözlənilir.

İdman.Biz