“Arsenal” Çempionlar Liqasının finalından sonra çempionluq paradı keçirəcək

20 May 2026 22:36
76
“Arsenal” Çempionlar Liqasının finalından sonra çempionluq paradı keçirəcək

“Arsenal” 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olmağı qeyd etmək üçün 31 may bazar günü bayram paradı keçirməyi planlaşdırır.

İdman.Biz bu barədə "topçular”ın rəsmi saytına istinadən bildirir.

Tədbir UEFA Çempionlar Liqasının finalının "Pari Sen-Jermen" komandasına qarşı oyunundan bir gün sonra baş tutacaq.

Çempionlar Liqasının finalı 30 may şənbə günü Macarıstanın Budapeşt şəhərindəki “Puşkaş Arena”da keçiriləcək.

İdman.Biz