“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro 2İnter Mayami”yə keçmək üçün danışıqların son mərhələsindədir.
İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən bildirir.
Oyunçu komandaya qoşulmaq və Lionel Messi ilə komanda yoldaşı olmaq istəyir. Pulsuz transferin Premyer Liqanın son oyun günündən sonra başa çatacağı gözlənilir.
Əvvəllər Kazemironun mövsümün sonunda, müqaviləsinin müddəti bitdikdən sonra “Mançester Yunayted”dən ayrılacağı bildirilirdi. O, həmçinin Braziliyanın 2026-cı il Dünya çempionatı üçün heyətinə daxil edilib.
Oyunçu 2022-ci ildə “Real Madrid”dən “Mançester Yunayted”ə keçib. Bu mövsüm Kazemiro “qırmızı şeytanlar”ın heyətində 35 oyun keçirib, doqquz qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 8 milyon avrodur.
