Fransa Liqa 1-in 34-cü turunda keçirilən “Nant” - “Tuluza” oyunu ciddi insident səbəbindən dayandırılıb.
İdman.Biz RMC Sport-a istinadən xəbər verir ki, Nant şəhərində yerləşən “La Bojuar - Lui Fonteno” stadionunda baş tutan qarşılaşma azarkeşlərin meydana daxil olmasından sonra ləğv edilib.
Hadisə ilk hissənin ortalarında baş verib. “Nant” azarkeşləri meydana qaçaraq komandanın baş məşqçisi Vahid Halilhodziçin rəhbərlik etdiyi ehtiyat oyunçular skamyasına doğru hərəkət ediblər.
Bundan sonra futbolçular, məşqçilər korpusu və klub əməkdaşları meydanı tərk edərək paltardəyişmə otağına yollanıblar.
Hazırda “Nant” 23 xalla Liqa 1-in turnir cədvəlində 17-ci, yəni sondan birinci pillədə qərarlaşıb və artıq yüksək liqanı tərk edib. “Tuluza” isə 44 xalla 10-cu sıradadır.
