“Kasımpaşa” “Qalatasaray”ı məğlub etdi - VİDEO

17 May 2026 23:56
142
“Kasımpaşa” “Qalatasaray”ı məğlub etdi - VİDEO

Türkiyə Superliqasında son turun bir sıra oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, turun diqqətçəkən qarşılaşmalarından birində “Kasımpaşa” doğma meydanda “Qalatasaray”ı 1:0 hesabı ilə məğlub edib.

Oyundakı yeganə qolu meydan sahiblərinin hücumçusu Adrian Benedıçak vurub. O, 27-ci dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb.

Paralel keçirilən digər maraqlı qarşılaşmada isə “Fənərbağça” ilə “Eyüpspor” arasında bolqollu heç-heçə qeydə alınıb - 3:3.

“Fənərbağça”nın heyətində Fred və Kerem Aktürkoğlu fərqləniblər. “Eyüpspor”un qollarını isə Mateuş Lenqovski, M. Altunbaş və T. Ulvan vurublar.

Turun digər görüşlərində “Kayserispor” “Konyaspor” üzərində 2:1 hesablı qələbə qazanıb.

“Trabzonspor” öz meydanında “Gənclərbirliyi”nə 0:3 hesabı ilə məğlub olub.

“Antalyaspor” isə “Kocaelispor”u minimal hesabla - 1:0 məğlub edib.

İdman.Biz