“Barselona” Reşfordun transferi ilə bağlı tərəddüd edir

17 May 2026 19:30
172
“Barselona” Reşfordun transferi ilə bağlı tərəddüd edir

“Barselona”nın Markus Reşfordun transfer hüquqlarını birdəfəlik alıb-almayacağı hələ dəqiqləşməyib.

İdman.Biz xəbər verir ki, bu barədə Diario SPORT məlumat yayıb.

Mənbənin iddiasına görə, Kataloniya klubunda ingiltərəli hücumçunun çıxışından razıdırlar. Lakin rəhbərlik futbolçunun transferi üçün nəzərdə tutulan 30 milyon avroluq məbləğlə bağlı hələ də tərəddüd edir.

Qeyd olunur ki, məhz bu məbləğ “Barselona” ilə “Mançester Yunayted” arasında bağlanan icarə müqaviləsində satınalma şərti kimi yer alıb.

Məlumata görə, Markus Reşford “Barselona”da qalmaq üçün maaşının 40 faiz azaldılmasına da razılıq verib.

28 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 48 oyunda iştirak edib, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

İdman.Biz