“Napoli” Höylundu birdəfəlik transfer edir

17 May 2026 17:25
146
“Napoli” Höylundu birdəfəlik transfer edir

“Napoli” Danimarka millisinin hücumçusu Rasmus Höylundun transfer hüquqlarını tam şəkildə əldə edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə The Athletic məlumat yayıb.

Neapol təmsilçisi A Seriyasının 37-ci turunda “Piza”nı 3:0 hesabı ilə məğlub edərək növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib. Bununla da futbolçunun icarə müqaviləsində nəzərdə tutulan məcburi satınalma şərti qüvvəyə minib.

Qarşılaşmada Rasmus Höylund bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbənin məlumatına görə, “Napoli” futbolçunun transferi üçün “Mançester Yunayted”ə 44 milyon avro ödəyəcək.

Qeyd olunur ki, Neapol klubu daha əvvəl komanda Çempionlar Liqasına vəsiqə qazanmasa belə, hücumçunun transferini reallaşdırmaq niyyətində olduğunu bildirmişdi.

23 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə keçirdiyi 43 oyunda 15 qol vurub və 8 məhsuldar ötürmə edib. O, Antonio Kontenin komandasında əsas fiqurlardan birinə çevrilib.

İdman.Biz