İngiltərə Premyer Liqasının 37-ci turunda “Mançester Yunayted” doğma meydanda “Nottingem Forest” üzərində qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı artıq 5-ci dəqiqədə Lyuk Şou açıb. İkinci hissədə qonaqlar Moratonun 53-cü dəqiqədə vurduğu qolla tarazlığı bərpa ediblər.
Lakin cəmi iki dəqiqə sonra Mateus Kunya “Mançester Yunayted”i yenidən hesabda önə keçirib. 76-cı dəqiqədə Brayan Mbeumo fərqi artırsa da, qısa müddət sonra Morqan Gibbs-Uayt hesab arasındakı fərqi minimuma endirib. Buna baxmayaraq, “Nottingem Forest” məğlubiyyətdən qaça bilməyib.
Bu qələbədən sonra “Mançester Yunayted” xallarının sayını 68-ə çatdıraraq turnir cədvəlində üçüncü pillədə qalıb. “Nottingem Forest” isə 43 xalla 16-cı yerdədir.
Çempionatın son turunda “Mançester Yunayted” səfərdə “Brayton”la qarşılaşacaq. “Nottingem Forest” isə öz meydanında “Bornmut”u qəbul edəcək.
