İngiltərənin “Çelsi” futbol klubunun yeni baş məşqçisi Xabi Alonso təyinatından sonra ilk açıqlamasını verib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis London təmsilçisində çalışmağı böyük qürur saydığını bildirib.
“Çelsi” dünya futbolunun ən böyük klublarından biridir. Belə böyük klubun baş məşqçisi olmaq məndə böyük qürur hissi yaradır”, - deyə Alonso söyləyib.
44 yaşlı mütəxəssis klub rəhbərliyi ilə danışıqlardan sonra tərəflərin eyni hədəflərə sahib olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas məqsəd uzun müddət yüksək səviyyədə çıxış edən və kuboklar uğrunda mübarizə aparan komanda formalaşdırmaqdır.
Alonso “Çelsi”nin böyük potensiala malik olduğunu da qeyd edib:
“Komandada çoxlu istedadlı futbolçular var. Bu futbol klubunun böyük potensialı mövcuddur. İndi əsas məsələ gərgin işləmək, düzgün mədəniyyət qurmaq və kuboklar qazanmaqdır”.
