Millidən kənarda qalan Kamavinqa “Real Madrid”dən ayrılmağı düşünür

17 May 2026 14:18
144
Millidən kənarda qalan Kamavinqa “Real Madrid”dən ayrılmağı düşünür

İspaniyanın “Real Madrid” futbol komandasının yarımmüdafiəçisi Eduardo Kamavinqa yayda klubunu dəyişə bilər.

İdman.Biz xəbər verir ki, TEAMtalk-ın məlumatına görə, 23 yaşlı fransalı futbolçu Didye Deşamın 2026 Dünya Çempionatı üçün açıqladığı Fransa millisinin heyətinə düşməməsindən ciddi məyus olub. Mənbə bildirir ki, bu qərar Kamavinqanın yeni çempionatda özünü sınamaq istəyini daha da gücləndirib.

İddia olunur ki, futbolçunun ətrafı artıq transfer bazarını araşdırır və potensial namizədlərlə danışıqlar aparır. Kamavinqaya İngiltərənin “Mançester Yunayted” və “Liverpul” futbol klublarının maraq göstərdiyi qeyd olunur.

“Real Madrid”in yarımmüdafiəçinin satışını nəzərdən keçirməyə hazır olduğu bildirilir. Madrid təmsilçisi Kamavinqanın transferini 57,5 milyon avro (115 milyon AZN) dəyərində qiymətləndirir. Transfermarkt portalında isə futbolçunun bazar dəyəri 50 milyon avro (100 milyon AZN) göstərilib.

Kamavinqanın “Real Madrid”lə müqaviləsi 2029-cu ilin 30 iyununa qədər qüvvədədir.

Cari mövsümdə fransalı futbolçu bütün turnirlərdə 42 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

İdman.Biz