Eldar Tağızadənin ötürmələri Sloveniyada şou yaratdı

17 May 2026 12:49
158
Eldar Tağızadənin ötürmələri Sloveniyada şou yaratdı

Sloveniyanın “Bıstritsa” futbol klubunda çıxış edən azərbaycanlı qapıçı Eldar Tağızadə ölkə çempionatının ikinci divizionunda uğurlu oyun keçirib.

İdman.Biz xəbər verir ki, onun komandası 29-cu turda səfərdə “Triqlav Krany”ı 4:0 hesabı ilə məğlub edib.

Tağızadə start heyətində meydana çıxıb. “Bıstritsa”nın ilk iki qolu qapıçının uzaq ötürmələrindən sonra vurulub.

Bu qələbədən sonra “Bıstritsa” xalını 42-yə çatdırıb. Komanda Azərbaycan Birinci Liqasının analoqu sayılan Sloveniya ikinci divizionunda altıncı pillədə qərarlaşıb.

İdman.Biz