İngiltərənin “Çelsi” futbol klubu Xabi Alonsonu baş məşqçi təyin etdi.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis London təmsilçisi ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Onun “Çelsi”də fəaliyyəti 1 iyulda başlayacaq.
Alonso son olaraq İspaniyanın “Real Madrid” futbol klubunda çalışıb. O, daha əvvəl Almaniyanın “Bayer Leverkuzen” futbol komandasını Bundesliqa çempionluğuna daşıması ilə diqqət çəkib.
