İngiltərənin “Mançester Siti” futbol klubunda Xosep Qvardiolanın mümkün xələfi ilə bağlı yeni iddia ortaya çıxıb.
İdman.Biz xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, Entso Mareska “Mançester Siti” ilə 2028-ci ilin yayınadək müqavilə üzrə prinsipial razılıq əldə edib. Razılaşmada daha bir mövsümlük uzatma bəndinin də yer aldığı bildirilir.
Mənbənin iddiasına əsasən, “şəhərlilər” sabiq “Çelsi” baş məşqçisini Qvardiolanın mümkün əvəzləyicisi kimi müəyyənləşdiriblər. Lakin yekun qərar ispaniyalı mütəxəssisdən asılı olacaq. Mareskanın isə prosesin necə inkişaf edəcəyini gözləməyə hazır olduğu qeyd olunur.
Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bununla belə, Qvardiola son açıqlamalarında müqaviləsi başa çatmadan komandadan ayrılmaq fikrində olmadığını bildirib. O, “Mançester Siti”də daha bir il müqaviləsinin qaldığını xatırladıb.
