Moldovanın “Real Sirets” futbol komandası ilə “Oğuz” arasında keçirilən oyunda mövsümün ən qəribə avtoqollarından biri qeydə alınıb.
İdman.Biz xəbər verir ki, epizod Moldova Liqa 1-də Superliqaya yüksəlmək uğrunda pley-off mərhələsinin 1/4 final matçında yaşanıb. Qarşılaşmada “Real Sirets” “Oğuz”u 5:2 hesabı ilə məğlub edib.
Meydan sahiblərinin 4:1 hesabı ilə öndə olduğu anda top zədəyə görə yerdə qalan futbolçuya dəyib və inanılmaz trayektoriya ilə qapıçının üzərindən tora düşüb. Həmin vaxt qapıçı komanda yoldaşının vəziyyətini öyrənmək üçün ona tərəf yaxınlaşıb və epizoddan kənarda qalıb.
Hakimlər qolu qeydə alıblar. Matç protokolunda bu epizod 75-ci dəqiqədə avtoqol kimi göstərilib və top Mirça Rebejanın adına yazılıb.
Bu qol “Oğuz” üçün yalnız hesab fərqini azaltmağa imkan verib. “Real Sirets” sonradan daha bir qol vuraraq görüşü 5:2 hesablı qələbə ilə başa vurub və yarımfinala yüksəlib.
