"PSJ" Barkolanı sata bilər

17 May 2026 20:15
369
"PSJ" Barkolanı sata bilər

"PSJ"-nin hücumçusu Bredli Barkola yay transfer dönəmində klubunu dəyişə bilər.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Aleksis Bernard məlumat yayıb.

Mənbənin iddiasına görə, Paris təmsilçisi 23 yaşlı fransalı futbolçu üçün sərfəli təklif gələcəyi halda onun satışına razı olacaq.

Bildirilir ki, Barkolanın transferində əsas maraqlı tərəf “Liverpul”dur. İngiltərə klubu bu keçid üçün böyük məbləğ ödəməyə hazırdır.

Qeyd olunur ki, futbolçunun özü də Premyer Liqa təmsilçisinə keçməyə müsbət yanaşır.

Bredli Barkola cari mövsümdə bütün turnirlərdə 47 oyunda iştirak edib, 12 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.0

İdman.Biz