“İnter”ə İtaliya çempionluq kuboku təqdim olundu

17 May 2026 22:10
85
“İnter”ə İtaliya çempionluq kuboku təqdim olundu

“İnter” İtaliya A Seriyasının 2025/2026 mövsümünün çempionu kimi kubokla mükafatlandırılıb.

İdman.Biz xəbər verir ki, Milan klubu kuboku “Verona” ilə keçirilən 37-ci tur oyunundan sonra qəbul edib.

“Cüzeppe Meazza” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesab 47-ci dəqiqədə açılıb. “Verona”nın müdafiəçisi Andrias Edmundsson topu öz qapısına göndərərək “İnter”i önə keçirib. Qonaqlar isə 90+1-ci dəqiqədə Kiron Bouinin qolu ilə məğlubiyyətdən xilas olublar.

Buna baxmayaraq, nəticə “İnter”in çempionluq sevincinə mane olmayıb. Milan təmsilçisi daha əvvəl Seriya A-da qızıl medalları vaxtından əvvəl təmin etmişdi.

Hazırda “İnter” 86 xalla turnir cədvəlinin lideridir. Komanda ən yaxın izləyicisi “Napoli”ni 14 xal qabaqlayır.

İdman.Biz