Türkiyə millisinin futbolçusu Merih Demiralın çıxış etdiyi “Əl-Əhli” Asiya Çempionlar Liqasının qalibi olub.
İdman.Biz xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi tarixi uğurunu möhtəşəm şəkildə qeyd edib.
Çempionluq mərasimində ən çox diqqət çəkən məqamlardan biri isə Merih Demiralın meydana çıxışı olub. Türkiyəli müdafiəçi azarkeşlərin qarşısına məşhur “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında çıxıb.
Futbolçunun bu seçimi azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.
Qeyd edək ki, “Çırpınırdı Qara dəniz” mahnısının sözləri Əhməd Cavada, musiqisi isə Üzeyir Hacıbəyliyə məxsusdur. Mahnı müxtəlif ifaçılar tərəfindən səsləndirilsə də, Türkiyədə xüsusilə Azərbaycanın Xalq artisti Azərinin ifasında məşhurlaşıb.
