Fransa Liqa 1-in 34-cü turunda "PSJ" səfərdə “Pari”yə 1:2 hesabı ilə uduzub.
İdman.Biz xəbər verir ki, görüşdə hesabı 50-ci dəqiqədə qonaqların hücumçusu Bredli Barkola açıb.
Meydan sahibləri isə ikinci hissənin sonlarında geri dönüş etməyi bacarıblar. 76-cı dəqiqədə Alimani Qori hesabı bərabərləşdirib. Həmin futbolçu 90+4-cü dəqiqədə yenidən fərqlənərək komandasına qələbə qazandırıb.
"PSJ" üçün matçın xoşagəlməz məqamlarından biri Usman Dembeleinin zədələnməsi olub. Fransalı hücumçu 27-ci dəqiqədə meydanı tərk edib və onun əvəzinə Qonsalu Ramuş oyuna daxil olub.
Qeyd edək ki, "PSJ" çempionluğu hələ ötən turda rəsmiləşdirmişdi. “Pari” ilə görüşdən əvvəl Paris təmsilçisinə qızıl medallar və çempionluq kuboku təqdim olunub.
PSJ mövsümü 76 xalla başa vurub. “Pari” isə 44 xalla Liqa 1-də 11-ci yeri tutub.
