Emeri avrokubok finallarında iştiraka görə Ferqyuson, Ançelotti və Mourinyoya çatıb

20 May 2026 23:51
181
Emeri avrokubok finallarında iştiraka görə Ferqyuson, Ançelotti və Mourinyoya çatıb

“Aston Villa”nın baş məşqçisi Unai Emeri komandasını altıncı dəfə Avropa finalına çıxarıb.

Birminhem klubu Avropa Liqasının finalında Almaniyanın “Frayburq” komandası ilə oynayır. Bu, ispaniyalı məşqçini bu baxımdan Aleks Ferqyuson, Karlo Ançelotti və Joze Mourinyo ilə bir səviyyəyə çatdırır.

İdman.Biz bu barədə Opta Sports-a istinadən bildirir.

Yalnız Covanni Trapattoni daha çox - yeddi dəfə Avropa finalında iştirak edib.

Emeri yalnız Avropanın ikinci ən böyük turnirinin finalına çıxıb.

İdman.Biz