İngiltərə Futbol Liqasının (EFL) Çempionşip pley-off finalından kənarlaşdırılması qərarına qarşı "Sauthempton"un apellyasiya şikayəti rədd edilib.
İdman.Biz bildirir ki, “Hall City” və “Midlsbro” 23 mayda “Uembli” stadionunda keçiriləcək Premyer Liqa pley-off finalında üz-üzə gələcəklər.
Daha əvvəl bildirilmişdi ki, “Sauthempton” analitiki komandaların ilk pley-off görüşündən əvvəl “Midlsbro”nun taktikasını və məşqini çəkərkən yaxalanıb. “Sauthempton” daha sonra “Midlsbro”nu ümumi hesabla 2:1 məğlub edərək finala vəsiqə qazanıb. Komanda daha sonra turnirdən kənarlaşdırılıb.
