“Milan”nın baş məşqçisi Massimiliano Alleqri qovulub

25 May 2026 20:41
147
“Milan”nın baş məşqçisi Massimiliano Alleqri qovulub

“Milan” baş məşqçi Massimiliano Alleqrini istefaya göndərib.

İdman.Biz bildirir ki, baş direktor Corco Furlani və idman direktoru İqli Tare də vəzifələrindən azad ediliblər.

“Mövsümün böyük hissəsində A Seriyasında ilk iki yeri tutduq və Skudetto uğrunda mübarizə aparmaq üçün real şansımız oldu. Mövsümün son hissəsi əvvəlki çıxışlarımızdan tamamilə fərqli idi və dünənki final oyunundakı məyusedici məğlubiyyət mövsümü birmənalı uğursuzluğa çevirdi.

Dəyişiklik və futbol əməliyyatlarının hərtərəfli yenidən qurulması vaxtı gəldi. Bu gündən etibarən baş direktor Corco Furlani, idman direktoru İqli Tare, baş məşqçi Massimiliano Alleqri və texniki direktor Ceffri Monkada ilə yollarımızı ayırırıq. Onların hər birinə vəzifələri boyunca göstərdikləri zəhmət və “Milan”a sədaqətlərinə görə təşəkkür edirik”, - klubun mətbuat xidməti açıqlamasında bildirib.

İtaliya çempionatının 38 oyunundan sonra “Milan” 70 xal qazanıb və turniri Çempionlar Liqası zonasından kənarda beşinci yerdə başa vurub.

İdman.Biz