KİV: Mourinyo Alessandro Bastonini “Real Madrid”a keçməyə razı salıb

25 May 2026 17:51
165
KİV: Mourinyo Alessandro Bastonini “Real Madrid”a keçməyə razı salıb

Portuqaliyalı mütəxəssis Joze Mourinyo İtaliyanın “İnter” klubunun mərkəz müdafiəçisi Alessandro Bastoni “Real Madrid”a keçməyə razı salıb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis Bastonini müdafiə xəttinin əsas lideri etməyi planlaşdırır və bu ideya futbolçunun xoşuna gəlib.

Qeyd olunur ki, tərəflər arasında rəsmi danışıqlara prezident seçkiləri başa çatdıqdan sonra start veriləcək.

Məlumat üçün əlavə edək ki, tanınmış insayderlər Joze Mourinyonun artıq “Kral klubu” ilə danışıqları bitirdiyini qeyd edib.

İdman.Biz